Azeri version English version Russian version
“Ümid yeri” Cəmiyyəti Azərbaycanda küçə həyatına məruz qalmış evsiz uşaqlar üçün ilk olaraq Uşaq Sığınacağı və Reabilitasiya Mərkəzini yaratdı. Bu müəssisə hələ də analoqsuz fəaliyyət göstərir.

“Ümid yeri”nin 15 illik çalışmaları sayəsində 1500-dək çox köməksiz qalmış uşaq və yeniyetmə çıxılmaz vəziyətdən normal həyata qaytarıldı.

“Ümid Yeri” uşaq sığınacağı və reabilitasiya mərkəzinin uğurlarının əsas səbəblərindən biri müvafiq dövlət orqanları ilə əlaqələrinin düzgün qurulmasıdır. Beləki, “Ümid Yeri” bir başa olaraq Təhsil, Səhiyyə, Daxili İşlər, Gənclər və İdman, Mədəniyyət və Turizm nazirlikləri ilə əlaqa yaratdı ki, bu da öz növbəsində mərkəzin fəaliyyətini çox sadələşdirdi.

Digər səbəb isə komersiya təşkilatlarının və ictimaiyyətin güvəncini qazana bilməsi olmuşdur.

Təbii ki, “Ümid Yeri”nin tibb müəssisələri ilə qurduğu əməkdaşlığı da qeyd etməmək olmaz. Nəzərə alsaq ki, səfil həyat tərzində yaşayarkən heç zaman tibbi yoxlamadan keçməyən və bir çox xəstəliklərə mübtəla olmuş uşaqların tibbi müayinəsiolduqca vacibdir, onda bu əməkdaşlığın dəyəri məlum olur. Uşaq sığınacağına daxil olan hər bir az yaşlı dərhal yaxınlıqdakı 1 saylı uşaq poliklinikasında ümumi yoxlamadan keçirilir, sonra o, yolxucu xəstəliklərin aşkarlanması üçün Bakı şəhər dəri zöhrəvi dispanserinə, Vərəm əleyhinə dispanserə yollanılır.

Daha sonra isə uşaq Psixo-nevroloji dispanserdə müayinədən keçirilir. Qeyd etmək lazımdır ki, “Ümid yeri” uşaqlarının müayinələrdən ödənişsiz keçmələri üçün adı çəkilən tibb müəssisələrində lazımi şərait yaradılır.

Əgər hər hansı bir uşaqda, xəstəlik aşkarlanırsa o, dərhal stasionar müalicəyə cəlb edilir. Xəstəxanada müalicə alan hər bir uşaq arxasında “Ümid Yeri”nin simasında böyük güc və arxa hiss edir. Hər gün isti yeməklər, tələb olunan dərman preporatları, gərək olan rahat yataq paltarları gecikdirilmədən həmin uşağa çatdırılır.

Əbülfəz Qarayev adına uşaq xəstəxanasının, Uşaq klinik xəstəxanasının, Azərbaycan Dövlət Tibb universitetinin pediatriya kafedrasının həkim heyyətinin “Ümid Yeri”nin uşaqlarına göstərdikləri müntəzəm tibbi yardım əvəzsizdir. Adı çəkilən bütün tibb müəssisələri hər zaman “Ümid Yeri”nin yanında olmuş və dəstəyini əsirgəməmişdir. Bu əməkdaşlıq indi də davam etməkdədir.

Sonrakı addım sığınacağa daxil olmuş uşağın psixoloji müayinəsindən ibarətdir. “Yunicef”in layihəsi çərçivəsində “Ümid Yeri” uşaq sığınacağında fəaliyyətdə olan psixoloqun verdiyi düzgün rəylər sayəsində uşaqlar lazimi istiqamətlərə yönləndirilirlər.

Daha sonra uşağın təhsilə cəlb edilməsi prosesi başlanır. Bu elə de sadə bir iş deyil. Budur qarşımızda illərlə təhsildən kənarda qalmış, yaşı ötmüş, ancaq ürəyində oxumaq və məktəbə getmək arzusu hələ də yaşayan uşaq dayanıb. Ancaq, ibtidai təhsil belə almayıb, Nə Etməli?

“Ümid Yeri” təşkilatı öz məntiqinə söykənərək bu sualın cavabını asanlıqla tapdı. Sığınacağa daxil olmuş savadsız uşaqları( yaşından asılı olmayaraq) sinif şəklində qruplaşdırdı və sürətləndirilmiş proqramla dərslər keçməyə başladı. Bu istiqamətdə atılan ikinci addım isə Respublika Təhsil Nazirliyinin köməyi ilə pedaqoqlardan ibarət komissiyanın təşkili və “Ümid Yeri”də hazırlanmış uşaqların bu komissiya vasitəsi ilə orta məktəblərə təyinatlandırılmasıdır. Azərbaycan praktikasında təsadüf olunmayan bu gözəl təcrübə yalnız “Ümid Yeri”nin adı ilə bağlıdır və özünü uğurla doğrultmaqdadır.

Beləliklə, “Ümid Yeri” özünün orijinal fəaliyyəti ilə yeni bir model ortaya qoymuşdur (Qeyri Hökümət təşkilatı+Dövlət təşkilatları + Komersiya strukturları+İctimaiyyət= 1500 azyaşlının xilası).

“Ümid Yeri” uşaq sığınacağı və reabilitasiya mərkəzi unikal bir təşkilatdır, o 24 saat fəaliyyət göstərərək, imkanından da artıq sahəni əhatə etməkdədir.
 
AZ 1000, Azərbaycan Respublikası, Bakı şəhəri,
Xəzər rayonu, Binə qəsəbəsi, M.Ə.Sabir küçəsi, ev 88
Telefonlar: (99412) 5561916,
(99455) 2220212, (99455) 2220203