Azeri version English version Russian version
Bu uşaqların Sizin dəstəyinizə ehtiyacları var!

Siz çətin həyat şəraitinə düşmüş uşağın taleyinə birbaşa təsir edə bilərsiniz. Məhz Siz bu uşaqları xilas edə, onlara sevinc bəxş edə bilərsiniz. Gəlin birləşək. Gücümüzü səfərbər edək və bu qəbildən olan uşaqları xilas edək. Atalar yaxşı deyib : Güc birlikdədir! Bunun üçün aşağıdakı dəstək formalarından birini seçmək kifayət edər.

Sponsorluq

Siz “Ümid Yeri”nin fəaliyyətinə dəstək olaraq pul vəsaiti və yaxud digər şəkildə yardım edə bilərsiniz. Bu 1 manat və yaxud 20 manat ola bilər. Dəstəyinizin hansı formada olacağını Siz seçirsiniz.

Himayədarlıq

Bu dəstək formasında Siz, konkret bir və yaxud bir neçə uşağı öz himayənizə götürə bilərsiniz. Himayənizə götürəcəyiniz uşağın Sizin imkanınız vı istəyinizdən asılı olaraq ehtiyacını tam və yaxud qismən təmin edə bilərsiniz. Siz həmçinin onun məktəbdəki vəziyyəti ilə maraqlana, onun valideyn iclasında iştirak edə biləsiniz.

Könüllülük

“Ümid Yeri”nin könüllüsünə çevrilərək, Siz bizim layihələrdə, tədbirlərdə və gündəlik işlərimizdə yaxından iştirak edə bilərsiniz.

Hansı şəkildə kömək edəcəyinizi Siz seçirsiniz.
Dəyişilməz yalnız məqsədimizdir, Uşaqların xilası

Ünvan:

AZ 1000, Azərbaycan Respublikası, Bakı şəhəri,
Cəlil Məmmədquluzade küçəsi, 9
Telefonlar: (99412) 4941241, 4944033
E-mail: contact@umidyeri.org, nmansimov@umidyeri.org
URL: www.umidyeri.org

Bank rekvizitləri:

Azərtürkbank kod: 507699 hesab: 0137010022031AZM, VÖEN: 9900006111 SWIFT BIK AZRTAZ 22
“Ümid Yeri” Xeyriyyə Cəmiyyəti
kod: 507699, VÖEN: 1300384271 h/h: 33080003980001AZM
valyuta hesabı: 33180003980001USD




 
AZ 1000, Azərbaycan Respublikası, Bakı şəhəri,
Cəlil Məmmədquluzade küçəsi, 9
Telefonlar: (99412) 4941241, 4944033