Azeri version English version Russian version
26.09.06 - tarixində İrlandiya Azərbaycan cəmiyyəti və İrlandiyanın yeniyetmələrdən (17 yaş) ibarət futbol komandası “Umid Yeri”-nin qonaqları oldular. Ziyarət zamanı “Umid Yeri” uşaq sığınacağı və reabilitasiya mərkəzinin direktoru
Natiq Mənsimov qonaqlara sığınacağın yaranma tarixi haqqında və bu gün ki fəaliyyəti barəsində geniş məlumat verdi. Daha sonra qonaqlar sığınacaqda yaşayan uşaqlarla görüşdülər. Qonaqlar sığınacaq evi ilə tanışdıqdan sonra sığınacaq evində yaşayan uşaqlarla dostluq yarışı keçirtdilər. Yarış heç heçə ilə bitdi. Sonra futbolçular uşaqlara hədiyyələr paylayıb, xatirə şəkili çəkdirdilər.

10.06 – tarixində “Ümid yeri”nin uşaqları yay istirahətini keçirmək məqsədi ilə Şamaxının səfalı Çuxuryurt kəndinə yola düşdülər. 10.09 – tarixində Bakıya döndülər.

1 İyun – “Uşaqların Beynəlxalq Müdəfiəsi günün münasibəti ilə” “Ümid yeri” Uşaq sığınacağı və reabilitasiya mərkəzində yaşayan uşaqlar üçün və onların iştiraki ilə “Gülümsəyək uşaqlar- həyat gözəldir” tematikalı musiqili tədbir keçirildi.

26.05-02.06 – tarixdə - Bakı səhərinin Zaqulba qəsəbəsində yerləşən “Gənclik” turizm istirahət mərkəzində keçiriləcək - uşaq evləri və internat məktəblərində tərbiyə alan kimsəsiz uşaqlarin “Dan Ulduzu” beynəlxalq bədii yaradiciliq festivalina “Ümid yeri” rəqs ansambılı da qatılmışdır.

Bu festivalın əsas məqsədi uşaq evlərində yaşayan uşaqların istedadlarını aşkəra çıxarılmasına köməklik göstərmək, onların estetik tərbiyələrinin formalaşmasına cəlb etmək, milli-mənəvi dəyərlərə, dünya xalqlarının adət və ənənələrinə hörmətlə yanaşma və goruyub saxlama hissini formalaşdırmaqdır.

Festivalda “Ümid yeri” Uşaq Sığınacağını 22 nəfər uşaq və iki müəllim heyyəti təmsil etmişdir. Uşaqlar A.Əlizadənin – “Suita”sını, “Şənlik ” və “Şalaxo” xalq rəqsirəqslərini və xalq mahnılarını ifa etdilər.

Mayın 15-də
“Ümid yeri” Uşaq Sığınacağında “Ailə günü” geyd olundu. İllərdən bəri böyük ailə tipində mövcüd olmuş “Ümid yeri” ailəsi həmin gün münasibəti ilə kiçik ailələr şəklində formalaşmağa gərar verdi. Demokratik seçki yolu ilə uşaqlar Uşaq Sığınacağında çalışan işçi personalın içərisindən özlərinə “Analar” seçdilər.

08.05-08.12
– UNİCEF-in dəstəyi ilə “Ümid yeri” Uşaq Sığınacağında psixo-sosial reabilitasiya üzrə proqram keçirildi. Proqramda 70 nəfər uşaq 15 nəfər işçi heyyəti iştirak etdi.

Proqramın məqsədi burada yaşayan uşaqların Sığınacağa daxil olanadək həyatlarında yaşadıqları stressin doğurduğu mənfi nəticələri aradan qaldırmaq, onların psixi inkişafını təmin etməkdən və müstəqil həyata hazırlamaqdan ibarət idi.


Proqram kompleks şəkildə həyata keçirildi, uşaqlara psixoloji yardımla yanaşı nevroloji və psixiatrik müayinə xidməti də göstərildi.

Proqramı: psixoloq - Elmira Mirzəyeva, nevropftoloq - Əmirə Alıyeva, psixiatr - Səbina Heybətova həyata keçirtdilər.

 
AZ 1000, Azərbaycan Respublikası, Bakı şəhəri,
Cəlil Məmmədquluzade küçəsi, 9
Telefonlar: (99412) 4941241, 4944033